hansı bir yellə
Ayaq altından uçarkən
Telinə yerləşdim
Oldum gecələrin tək ulduzu
Tanrı
Mənə bir ulduz bağışladı
Mən
Bütün gecələrimi
Ulduza pay verdim

Sən dönmüşdün
Qatil
Cinayət yerinə dönən kimi
Mən saz çalıram
Anam saçın yolur....
Axtarıb saz düzəltmək üçün tapdığım ağacı
Uçmaq üzrə olan bir duvara
Dayaq vurmuşdular .
Günəş ilə
Qarın
Ilk görüşü
Son görüşü olacaq !
Şaşırdı. Nənədən daha üşümürəm !?
Dünən düzətdiyi qar qızdan
Sadəcə bir yerkökü
Qalmışdı qucağında.
baxışlarına bir gecə qalır
göz yaşımla dəstnamaz aldım
şeirlerimlə namaz qıldım.
Yarın ağıl sınırların aşıbda
yüzlərcə ovçunun dirnaqlarından səni qopardıb
dömrül gücüylə səni yasaq dilimlə yazacağam boyumuza
küçələrə kölgə salan bütün dustaqlıq yerinə